Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabatda əsasən hərbi qüvvələrin maliyyə müqayisəsi aparılıb.
2016-cı ilə aid statistik məlumatların yer aldığı hesabata əsasən qeyd olunan maliyyə ili ərzində Rusiyanın hərbi xərcləri 69,2 milyard dollar təşkil edib ki, bu da 2007-ci ildəki göstəriciyə nisbətdə 87 faizlik artım deməkdir.
NATO-ya üzv dövlətlərin toplam hərbi xərcləri isə 2016-cı il üçün 881 milyard dollar olub. Bunun da 254 milyardı alyansın Avropadakı üzvlərinin payına düşüb. Bu rəqəmlərə əsasən, Rusiya hərbi xərcləri ilə müqayisədə Avropadakı NATO üzvlərinin hərbi xərcləri 3 dəfə, ümumi NATO xərcləri isə 12 dəfə daha çoxdur.
Qeyd edək ki, hesabata əsasən bütün dünya dövlətlərinin hərbi xərcləri isə 2016-cı ildə 1,686 trilyon dollar olub.
Dəyanət Ağalarlı
Ordu.az