İraq Suriya ilə sərhəd bölgələrə nəzarəti tam olaraq ələ alıb

2018/07/54984789410894_1530533793_1530688798.jpg
Oxunub: 3966     15:18     04 İyul 2018    
İraq ordusu son günlərdə həyata keçirdiyi əməliyyatlar nəticəsində Suriya ilə sərhəd bölgələrin nəzarətini demək olar ki, tam olaraq ələ alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq sərhəd Qoşunlarının komandiri general-mayor Həmid Abdullah İbrahim bildirib.

O qeyd edib ki, ordu sadəcə bir neçə kəndi çıxmaqla demək olar ki, bütün sərhədyanı bölgələrdə İŞİD mövqelərini yerlə-yeksan edib.

“Artıq İŞİD-in İraqdakı fəaliyyəti sonlanmaq üzrədir. Bu əməliyyatlar nəticəsində ən təhlükəli bölgələr olan Suriya ilə sərhədyanı ərazilər də terrorçulardan xilas edildi”, - deyə general bildirib.

Qeyd edək ki, son günlərdə İordaniya və İraqla sərhəd bölgələri itirən İŞİD terroçularının Suriya xaricinə çıxış imkanları demək olar yox səviyyəsinə endirilib. Rəsmilər qruplaşmanın buna terror aktları ilə cavab verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin