3 ölkə “Taliban”a qarşı birgə mübarizə aparacaq

2018/07/1489745151458478_1530688450.jpg
Oxunub: 2809     15:12     04 İyul 2018    
ABŞ, Əfqanıstan və Pakistan rəsmiləri Əfqanıstanda sülhün təmin edilməsi ilə bağlı güclərini birləşdirmənin gərəkli olduğu qənaətindədirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, Əfqanıstan “Taliban”ı təkbaşına tam olaraq zərərsziləşdirmək iqtidarında deyil.

“Hər 3 ölkədən yüksək vəzifəli dövlət və hökumət nümayəndələri bir araya gələrək regionda sülhün və stabilliyin bərpası ilə bağlı müzakirələr aparıb. Yekun olaraq “Taliban”a qarşı ümumi bir plan qəbul edilib. Belə ki, ABŞ və Pakistan Əfqanıstanla bu problemin həllində hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu bir daha sərgiləmiş olub", - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Pakistan  


Bizi "telegram"da izləyin