Pakistan donanması yeni döyüş gəmisi əldə edib

2018/07/1589412451458_1530684279.jpg
Oxunub: 4409     14:03     04 İyul 2018    
“Kəraçi Gəmiqayırma və Mühəndislik İşi” kompaniyası Pakistan donanmasına yeni döyüş gəmisi çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan donanması Sahil Komandanlığının komandiri admiral Muazzam İlyas bildirib.

Onun sözlərinə görə, yeni gəminin uzunluğu 34 metr, maksimum sürəti isə 22 km/saatdır. O, 481 ton ağırlığında yük daşımağa qadirdir.

Müasir və qabaqcıl silahlarla təchiz olunan gəminin Pakistan donanmasının sahil əməliyyatlarında, terrorizmlə mübarizədə istifadəsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Donanma   Döyüş-gəmisi  


Bizi "telegram"da izləyin