Ukrayna Əfqanıstandakı əsgərlərinin sayını artıracaq

2018/07/158452102514584_1530626133.jpg
Oxunub: 1796     21:56     03 İyul 2018    
Ukrayna NATO-nun rəhbərlik etdiyi Qətiyyətli Dəstək Missiyasın çərçivəsində Əfqanıstandakı əsgərlərinin sayını artıracaq.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Avropa və Avro-atlantik İnteqrasiya Katibliyinin NATO ilə Əməkdaşlıq Bölməsinin rəhbəri Oleksi Hençev bəyan edib.

“Ukrayna NATO çərçivəsində həm Kosovo, həm də Əfqanıstandakı missiyalarda iştirak edir. Bizim Kosovoda 40, Əfqanıstanda isə 11 hərbi qulluqçumuz var. Lakin Əfqanıstandakı əsgərlərin sayını 29-a çatdıracağıq”, - deyə Hençev bildirib.

Onun sözlərinə görə, bu addım sadəcə siyasi siqnal deyil. O, həm də Ukraynanın şərqində döyüş missiyalarının daha uğurlu həyata keçirilməsi üçün əsgərlərin bilik və təcrübələrini möhkəmləndirmək baxımından əhəmiyyətlidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Əfqanıstan   NATO  


Bizi "telegram"da izləyin