Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər naziri Ivıka Dacic bəyan edib.
“Rusiya Xarici İşlər naziri Sergey Lavrov prezident Putinin bu payızda Serbiyaya getməyi planlaşdırdığını dedi”, - deyə Dacic bildirib.
O, Rusiyanın Kosovo məsələsi ilə bağlı Serbiyanın əsas müttəfiqi olduğunu bu səbəbdən dolayı səfərin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Kreml məsələ ilə bağlı hələlik açıqlama etməyib.
Serbiyanın bəzi media qurumları isə Putinin özü ilə Serbiya ordusuna hədiyyə kimi T-72 tankları və modernizasiya edilmiş zirehli piyada silahları gətirəcəyini bildirib. İddialarda Putinin Serbiyaya həm də “Panzir” havadan müdafiə sistemi aparacağı xəbəri də yer alıb.
Ağalar Ağalarlı
Ordu.az