Türkiyə-ABŞ əməkdaşlığına qarşı YPG/PKK-Əsəd yaxınlaşması baş verir

2018/07/54841025145145214_1530622298.jpg
Oxunub: 1819     20:50     03 İyul 2018    
YPG/PKK terror qruplaşması Münbicdəki ABŞ-Türkiyə müttəfiqliyinin Fəratın şərqində də davam edə biləcəyi ehtimalına cavab olaraq alternativlər axtarışındadır.

Ordu.az xarici KİV-lərə isinadən xəbər verir ki, terrorçular buna cavab olaraq Bəşər Əsədlə danışıqlar aparır.

Məsələ ilə bağlı Suriyadakı müxalif qüvvələrin bildirdiyi məlumata görə, Rəqqa və Hasakada işğallarını davam etdirməyi planlaşdıran qruplaşma Suriya prezidenti ilə bəzi şərtlərlə bağlı müzakirələr aparır.

Danışıqlar zamanı bir neçə şərtin tərəflər arasında qarşılıqlı olaraq razılaşdırıldığı bildirilir.

Belə ki, terrorçular Yarubiyə, Simelka və Derbesiyə sərhəd keçid məntəqələrinə, həmçinin bölgədəki neft mədənlərinə nəzarəti hökumət qüvvələrinə təhvil verəcək. Eyni zamanda Hasakada terrorçu qruplaşmaların lideri Abdullah Öcalanın portretləri aradan götürüləcək

Bunun qarşılığında isə Suriya hökuməti qruplaşmaya silah yardımı göstərməyi və arxadan edilə biləcək bütün hücumlara qarşı terrorçuları müdafiə etməyi öz üzərinə götürüb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin