Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, karvan bu gün səhər saatlarında Rusiyanın Latakiyadakı "Hmeymim" hərbi bazasından yola düşüb.
Göndərilən hərbi ləvazimat içərisində çox sayda tank, zirehli döyüş maşını, avtomat silahlar, pulemyotlar, raket başlıqları və mərmilər mövcuddur.
Məsələ ilə bağlı açıqlama verən bəzi hərbi ekspertlər bu dəstəyin Dera əməliyyatlarının taleyini müəyyən edəcək addım kimi xarakterizə edirlər.
Qeyd edək ki, hərbi karvan hazırda Deranın cənubuna doğru irəliləyir.
Dəyanət Ağalarlı
Ordu.az