Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesindən olan mənbə bildirib.
“40N6E uzaq mənzilli raketin sınaqları Kapustin Yar sınaq poliqonunda tamamlanıb. Komissiya onların uğurlu olduğunu qəbul edib və sertifikatlaşdırıb”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, raket yayın sonlarına qədər istifadəyə verilə bilər. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında raketin 400 kilometr mənzilə sahib olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az