Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Belarus Müdafiə Nazirliyindən bildirilib.
Bəyanatda qeyd olunub ki, hər iki ölkənin nümayəndə heyəti ötən gün üçtərəfli görüş üçün Minskə təşrif buyurub.
Qeyd olunub ki, Rusiyadan olan nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin komandiri Nikolay İqnatov başçılıq edir.
O bildirib ki, hazırda 3 ölkə arasında hərbi və siyasi olaraq önəmli əməkdaşlıq mövcuddur.
“Hər 3 ölkə bu əməkdaşlıqdan faydalanır. Biz bu əməkdaşlığı hərbi təlimlər, müdafiə sənayelərimizin inteqrasiyası və s. şəkildə daha da dərinləşdirə bilərik”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az