Rusiya Aerokosmik Qüvvələri Suriyanın Türkiyə ilə sərhədində yerləşən İdlib vilayətinin cənub-qərb hissəsində terrorçuları bombardman edib.
Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Aerokosmik Qüvvələrin çoxsaylı döyüş təyyarələri Cisr Əl-Şuqur bölgəsinə ağır zərbələr endirib.
Hücumların intensivləşdirilməsinə səbəb kimi Rusiyanın Hmeymim bazasına son günlərdə dronlarla bir neçə dəfə hücum edilməsi göstərilib. Aviazərbələr nəticəsində terrorçular bir sıra mövqelərindən geri çəkilməli olub.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Terror
Əməliyyat