Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ələ keçirilən yoldan əvvəlcə təxribatçı və kəşfiyyat qrupları, qaçaqmalçılar istifadə ediblər. Lakin ordunun yola nəzarəti bərpa etməsi ilə bu kimi aktlar artıq mümkünsüz hal alıb.
Bundan sonra Birləşdirilmiş Qüvvələr kənd yaxınlığında yeni mövqelər qurmağa başlayıb. Yaxın günlərdə kənd sakinlərinə humanitar yardım çatdırılması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az