Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Fransa Prezident Administrasiyasından bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın Böyük Britaniyaya və digər NATO müttəfiqlərinə hərbi xərclərin artırılması ilə bağlı etdiyi xəbərdarlıq Parisdə müsbət qarşılanıb.
“NATO-dan tələb olunan odur ki, bütün müttəfiq dövlətlər öz ÜDM-nin 2 faizini hərbi xərclərə yatırmalıdır. Lakin biz bu prinsipin bir çox üzvlər tərəfindən kəskin şəkildə pozulduğunu görürük. Fransa bu qeyri-bərabərliyin Parisin maraqlarına zidd olduğunu anlayır və Böyük Britaniya başda olmaqla bütün müttəfiq ölkələrdən dərhal bu problemin aradan qaldırılmasını tələb edir”, - deyə bəyanatda vurğulanıb.
Dəyanət Ağalarlı
Ordu.az