Almaniyanın müdafiə büdcəsi artırılacaq

2018/07/defense_1530609372.jpg
Oxunub: 1917     17:18     03 İyul 2018    
Almaniyanın Müdafiə xərclərinin 2024-cü ilə kimi NATO standartları səviyyəsinə qədər artırılması planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə rəsmi açıqlamanı Almaniya Müdafiə naziri Ursula von der Leyen bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı artıq kansler Merkellə danışıqlar aparıblar və ilkin razılıq əldə edilib.

“Layihəyə əsasən növbəti il üçün hərbi xərclər 42,9 milyard avro təşkil edəcək ki, bu rəqəmin 2024-cü ilə kimi ÜDM-nin 2 faizini təşkil edəcək səviyyəyə qədər qaldırılması planlaşdırılır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bir çox maliyyə ekspertləri bunun Almaniya iqtisadiyyatı üçün əlçatmaz bir məqsəd olduğu qənaətindədirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Müdafiə-Büdcəsi  


Bizi "telegram"da izləyin