Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə 2 iyul tarixində jurnalistlərlə görüşündə bildirib.
Rus nümayəndə heyətinin rəsmi səfərinə münasibət bildirinən Davtyan qeyd edib: "Əlbəttə ki, qınayırıq, bizi sevindirən hal deyil. Ancaq onların yerinə bu səfəri şərh etməyi düşünmürəm".
Naxçıvan istiqamətində Azərbaycan irəliləməyə necə nail olub deyə verilən suala Davtyan qısa cavab verməklə kifayətlənib: "Əvvəllər verilmiş cavablar eyni qaydada qüvvədə qalmaqdadır".
Xatırladaq ki, Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfrans keçirilib.
Alpər Mövludoğlu
Ordu.az