Rusiya ordusu Həmaya humanitar yardım çatdırıb

2018/07/5484100152458484_1530604060.jpg
Oxunub: 2067     15:48     03 İyul 2018    
Rusiya ordusu Həmanın kənd yerlərində yaşayan və müharibədən əziyyət çəkmiş sakinlərinə humanitar yardım çatdırıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Döyüşən Tərəfləri Uzlaşdırma Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, ordunun maşınları Həmanın Kadriyə qəsəbəsinə doğru hərəkət edib. Kənddə yaşayan 650 nəfər mülki şəxsə yardım paylanılıb.

Yardıma ərzaqla yanaşı 34-ü uşaq olmaqla, 89 nəfərə tibbi xidmətin göstərilməsi də daxil edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Humanitar-yardım  


Bizi "telegram"da izləyin