Mettis NATO sammiti ərzində Trampın məsləhətçisi olacaq

2018/07/5484751021251_1530601402.jpg
Oxunub: 3009     15:00     03 İyul 2018    
Asiya səfərindən geri dönən ABŞ Müdafiə naziri Ceyms Mettis indi də ayın 11-12-də Belçikanın paytaxtı Brüsseldə baş tutacaq NATO sammitinə hazırlaşır.

Ordu.az Pentaqonun rəsmi internet saytına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Rob Manninq bildirib.

Onun sözlərinə görə, Mettis sammit ərzində Trampa məsləhətçilik edəcək. Daha sonra isə o, Xorvatiya və Norveçə səfər etməyi planlaşdırır.

Qeyd edək ki, Asiya turu çərçivəsində Mettis öncə Çində, daha sonra isə Cənubi Koreya və Yaponiyada olaraq bu ölkələrin Müdafiə nazirləri ilə müzakirələr aparıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Tramp   NATO  


Bizi "telegram"da izləyin