Pakistan ordusu 12 terrorçunu zərərsizləşdirib

2018/07/gy545ec808-660x330_1530600557.jpg
Oxunub: 2020     14:48     03 İyul 2018    
Pakistan ordusu terrorçulara qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Baş Qərargah rəisi Qəmər Bajva bildirib.

O qeyd edib ki, əməliyyatlar ölkənin İmambərgah bölgəsində həyata keçirilib. Havadan endirilən zərbələr nəticəsində ordu terrorçu qruplaşmanın 12 üzvünü zərərsizləşdirib.

Daha sonra ərazidə həyata keçirilən axtarış-nəzarət əməliyyatlarında isə daha 6 terrorçu sağ şəkildə ələ keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Anti-terror-əməliyyatı  


Bizi "telegram"da izləyin