TSQ daha 4 terrorçunu zərərsizləşdirib

2018/07/548451451458_1530599890.jpg
Oxunub: 2092     14:37     03 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap, Avaşin-Basyan və Türkiyənin Şırnak bölgəsi yaxınlığında terrorçulara qarşı hücumlarını davam etdirir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatın sonuncu günü etibarilə daha dörd terrorçu zərərsizləşdirilib. Həmçinin, onlara məxsus sığınacaq, silah deposu və s. bu kimi bir sıra yerlər dağıdılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Şimali-İraq   Terror  


Bizi "telegram"da izləyin