Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev səsləndirib.
“Transport infrastruktur təsisatları və transport vasitələrinin potensial təhlükələr, terror hücumları və digər qanunsuz müdaxilə aktlarına qarşı həssaslığı davam edir”, - deyə Patruşev bildirib.
O, həmin bölgədəki ortaq hava məkanının terrorizmə qarşı yetərli dərəcədə mühafizə olunmamasının narahatlıq mənbəyi olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az