Hindistan hökuməti S-400-lərin alınmasına dair müqaviləni təsdiqləyib

2018/07/459845158_1530597122.jpg
Oxunub: 2339     13:49     03 İyul 2018    
Hindistan Rusiyadan S-400 “Triumf” havadan müdafiə raketlərinin alınmasına dair sazişin son versiyasını qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan hökumətinin Müdafiə Satınalma Şurası sazişə xırda dəyişikliklər edib.

Bundan sonra raket sistemlərinin alınmasına dair kontrakt təsdiq üçün Maliyyə Nazirliyinə və ən son icazə üçün hökumətin Təhlükəsizlik Komitəsinə göndəriləcək.

Qeyd edək ki, müqavilənin dəyəri təqribən 6 milyard dollardır. Bu sistemlərin alınması isə Hindistanla ABŞ arasında potensial problemlərə yol aça bilər. Belə ki, Vaşinqton Rusiya silahlarının satın alınmasına əngəl olmaq məqsədilə, həmin silahların müştərilərinə bir sıra çəkindirici tədbirlər görür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya   S-400  


Bizi "telegram"da izləyin