Pompeo Kim Çen Inla görüşəcək

2018/07/54874845178_1530595759.jpg
Oxunub: 1978     13:30     03 İyul 2018    
Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün KXDR-ə gedəcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

Onun sözlərinə görə, Pompeo Kim Çen Inla görüşmək üzrə iyulun beşində Şimali Koreyaya gedəcək. O, burada Kim və digər rəsmilərlə görüşəcək.

Sanders Pompeonun 5-7 iyul tarixlərində Şimali Koreyada olacağını və Sinqapur sammitində əldə edilən razılıqların tətbiqinə dair konsultasiyalar aparacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Sinqapur  


Bizi "telegram"da izləyin