İraq təhlükəsizlik qüvvələri Mosulda kütləvi məzarlıq aşkarlayıb

2018/07/26548941251454_1530537914.jpg
Oxunub: 4374     21:56     02 İyul 2018    
İraq təhlükəsizlik qüvvələri Neynəvə vilayətinin şimalında yerləşən Mosul şəhərində kütləvi məzarlıq tapıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq Baş Hərbi Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məzarlıq Bağdadın 400 kilometr şimalındakı Mosul şəhərində üzə çıxarılıb. Hələlik məzarlıqdan 25 cəsəd aşkarlanaraq torpaqdan çıxarılıb.

Baş Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları cəsədləri tapılan şəxslərin Mosul İŞİD-in nəzarətində olarkən terrorçular tərəfindən edam edildiyini ehtimal edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin