Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi Tamer əl-Rifai bildirib.
Onun sözlərinə görə, Zəki Fransada ali hərbi rəsmilərlə danışıqlara qoşularaq iki ölkə arasında mövcud olan xüsusi əlaqələr fonunda birgə hərbi əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edəcək.
Görüşlər zamanı, həmçinin, iki ölkə üçün həm regional, həm də beynəlxalq çərçivədə ortaq marağın müzakirəsi keçiriləcək.
Ağalar Ağalarlı
Ordu.az