Ukrayna güclü qanadlı raket təkmilləşdirəcək

2018/07/645_1530538929.jpg
Oxunub: 1903     01:54     03 İyul 2018    
Ukrayna növbəti il ərzində gəmi əleyhinə güclü qanadlı raket yaratma imkanına malik olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ordu, Çevrilmə və Tərk-silah üzrə Araşdırmalar Mərkəzinin rəhbəri Valentin Barak bəyan edib.

Onun sözlərinə görə, yeni gəmi əleyhinə qanadlı raket 280-300 kilometr məsafədən istənilən hədəfi vurmağa qadir olacaq.

“Bu sahil mühafizəsi tərəfindən istifadəyə uyğun güclü mobil suüstü silahdır. Raket Rusiyanı çəkindirməyin psixoloji faktoru olacaq”, - deyə Barak əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qaandlı-raket  


Bizi "telegram"da izləyin