Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr bildirib.
Məlumata görə, adı çəkilən dağın Anılmış kənd istiqamətindəki yamacında hücuma hazırlaşan 2 terrorçu PUA-lar vasitəsilə aşkarlanıb. Bundan dərhal sonra bölgəyə hava hücumu edilib.
Əməliyyat nəticəsində hər iki terrorçu zərərsizləşdirilib, əməliyyat davam edir. Xatırladaq ki, Şırnakın Beytüşşübap bölgəsində dünən də 4 terrorçu zərərsizləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az