Raytheon ABŞ HHQ-nin F/A-18E/F təyyarələrini silahlandıracaq

2018/07/3454_1530538254.jpg
Oxunub: 4406     01:18     03 İyul 2018    
ABŞ Hərbi Hava Qüvvələri silahların F/A-18E/F qırıcı təyyarələrinə inteqrasiyasını həyata keçirmək üçün “Raytheon” kompaniyası ilə əməkdaşlıq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər bununla bağlı 93 milyon dollar dəyərində müqavilə imzalayıb.

Müqavilə əsasında kompaniya II Kiçik Diametrli Bombanı qırıcının üzərinə quraşdıracaq. Bu silahın mənzilinin 40 dəniz mili olması ehtimal edilir.

Müqavilə üzrə nəzərdə tutulan işlər ABŞ-ın Arizona ştatında həyata keçiriləcək və 2023-cü ilin iyul ayında başa çatdırılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   F-18  


Bizi "telegram"da izləyin