Britaniya HHQ Suriyada hökumət meyilli qüvvələri bombalayıb

2018/07/1564894581402514_1530535560.jpg
Oxunub: 4307     20:45     02 İyul 2018    
Britaniya Hərbi Hava Qüvvələri Suriyanın İraq və İordaniya ilə sərhəd bölgəsində hökumət meyilli qüvvələri bombardman edib.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bombardman nəticəsində Suriya ordusunun bir zabiti həlak olub və yeddi əsgəri isə yaralanıb.

Məlumata görə, ABŞ-Britaniya xüsusi qüvvələrinin bazası yaxınlığında qarşıdurma meydana gəlib. Bu zaman Krallığın “Typhoon” qırıcı təyyarələri hökumət meyilli qüvvələrin üzərinə “Paveway IV” bombaları atıb. Döyüş Suriyanın İordaniya və İraqla sərhəd bölgəsində baş verib.

Qarşıdurmaya səbəb isə hökumət meyilli qüvvələrin bazaya daxil olmağa çalışması olub. Həmin baza İŞİD-ə qarşı döyüşlərdə istifadə olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Suriya   Typhoon  


Bizi "telegram"da izləyin