Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Sankt-Peterburqun qubernatoru Georgi Peltavçenko ilə görüşən ABŞ konqresinin Rusiyadakı nümayəndə heyətinin rəhbəri Riçard Şelbi səsləndirib.
“Hazırda bizim gərgin əlaqələrimiz var. Bizim əksəriyyətimiz Rusiya ilə daha yaxşı əlaqələrin qurulmasının vacib olduğunu düşünürük. Və əmin edirəm ki, bu həm də prezident Trampın fikirlərinə uyğundur”, - deyə senator bildirib.
Şelbi hər iki ölkənin nəhəngliyi və müxtəlif maraqlara sahib olmasından dolayı hər zaman rəqabətdə olacağını, lakin bunun düşmənçiliyə çevrilməməli olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az