İraq qoşunları Kərkükdə böyük əməliyyata hazırlaşır

2018/07/54984789410894_1530533793.jpg
Oxunub: 4309     20:16     02 İyul 2018    
İraq ordusunun böyük sayda canlı qüvvəsi və zirehli texnikası ölkənin Kərkük vilayətinə cəmlənib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”nin mətbuat katibi Əli əl-Hüseyni bildirib.

Onun sözlərinə görə, vilayətin şimalı boyunca federal polis və ordu qüvvələrindən olmaqla çox sayda qoşun yerləşdirilib. Bu yerləşmənin məqsədi isə Diyalə ilə Səlahuddin vilayətlərinin sərhədində geniş miqyaslı hərbi əməliyyat başlatmaqdır.

Xatırladaq ki, ötən həftə İraq Baş naziri Heydər əl-Abadi Kərkükdə son dövrlərdə İŞİD-in artan fəaliyyətinə qarşı təhlükəsizlik əməliyyatlarının aparılmasını tapşırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin