Əfqanıstan HHQ “Taliban”a aviazərbələr endirib

2018/07/34534545_1530528553.jpg
Oxunub: 2793     18:46     02 İyul 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələri Fəryab vilayətinin şimalında “Taliban” qiyamçılarına ağır aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Ordusunun 209-cu Şahin korpusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şahin korpusu Fəryabın Paştun Kot bölgəsində qiyamçılara ağır zərbələr endirilib və nəticədə azı 24 qiyamçı məhv edilib, 31-i isə ciddi yara alıb.

Eyni zamanda 2-si “Fielder” növünə aid idman xidmət maşını olmaqla azı 3 vasitə, 13 motosiklet məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   HHQ   Taliban  


Bizi "telegram"da izləyin