TSQ Afrində nəzarəti yerli polis idarələrinə təhvil verir

2018/07/6456_1530522146.jpg
Oxunub: 3351     17:01     02 İyul 2018    
Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində nəzarəti ərazidə yerləşən polis şöbələrinə ötürəcək.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, hazırda bölgədə ümumilikdə 2000-ə qədər polis fəaliyyət göstərir.

Məsələ ilə bağlı Ankaradan verilən rəsmi bəyanatda qeyd olunub ki, Türkiyə ordusu bölgənin PKK və YPG terrorçularından təmizlənməsini tam şəkildə həyata keçirib və bundan sonrakı mərhələdə artıq ərazidəki hərbi qüvvələrin çıxarılmasına başlanılacaq.

“Bölgənin terrorçulardan təmizlənməsi tamamilə yekunlaşdırıldığı üçün artıq Türkiyə Afrin planının 2-ci mərhələsinə start verir. Bu mərhələdə Afrinin nəzarəti Azad Suriya Ordusu qüvvələrinə və polis birliklərinə təhvil veriləcək. Hazırda isə ərazidəki təhlükəsizlik xidməti üzrə məsələlər yerli polis qüvvələrinə ötürülməkdədir”, - deyə bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Afrin  


Bizi "telegram"da izləyin