Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat Pakistan Xarici İşlər Nazirliyindən yayılıb.
Bəyanatda qeyd olunub ki, Hindistan ordusu Kəşmirdə mülki əhalinin həyata keçirdiyi dinc etirazlara qarşı silahlı zorakılıqdan istifadə edir.
“Sadəcə iyun ayı ərzində sivil əhaliyə qarşı etirazlar zamanı açılan atəş nəticəsində 33 nəfər həlak olub, 236 nəfər yaralanıb. Aralarında tələbələrin də olduğu ümumilikdə 176 nəfər də həbs olunub. İslamabad Hindistanın həyata keçirdiyi bu zorakılıqları görə qınayır və dərhal silahı yerə qoymağı tələb edir”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az