Paraşenko: “NATO Ukraynanın sülhə verdiyi töfhələri düzgün qiymətləndirməlidir”

2018/07/57567_1530520780.jpeg
Oxunub: 3852     16:38     02 İyul 2018    
“Ukrayna Prezidenti ölkəsinin NATO ilə münasibətlərini dəyərləndirib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paraşenko NATO ilə partnyorluğa ciddi əhəmiyyət verdiklərini bildirib.

O qeyd edib ki, hazırda Ukrayna hökumətinin qarşısında duran vəzifə Transatlantik Təhlükəsizlik Sisteminə qoşulmaqdır.

“Biz bu ana qədər dünyada sülhün və təhlükəsizliyin qorunması üçün bir çox NATO üzvlərindən daha çox fəaliyyət göstərmişik. Alyans bu məsələdə Ukraynanın töfhələrini düzgün qiymətləndirməlidir. Bizim NATO-ya üzvlük tələbimiz milli maraqlardan dolayı deyil, ümumbəşəri prinsiplərin təmin edilməsi üçündür”, - deyə prezident vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   Paroşenko  


Bizi "telegram"da izləyin