Ordu.az xarici KİV-lərə istinaən xəbər verir ki, hər tərəfdən zirehlə örtülmüş sualtı döyüş gəmisi “AMX 6S” raketləri ilə dəstəklənib.
Şirkətdən verilən rəsmi açıqlamada qeyd olunub ki, 70 metr uzunluğunda olan gəmi 28 nəfərlik heyət üçün nəzərdə tutulub.
Ümumi dəyəri 1,6 milyard dollar olan gəminin ilkin satışı üçün Sinqapur Donanması ilə razılıq da əldə edilib.
Qeyd edək ki, ilkin olaraq 2 ədəd istehsal olunan “Type 218SG” sualtı gəmisinin 2020-ci ilə kimi istehsal sayının 6-ya çıxarılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az