Koreya dövlətləri döyüş gəmiləri arasında hərbi rabitəni bərpa edib

2018/07/345345_1530510061.jpg
Oxunub: 1620     13:39     02 İyul 2018    
Cənubi və Şimali Koreya öz döyüş gəmiləri arasında hərbi dəniz rabitə xəttinin bərpasına razılıq verib.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında iki tərəfdən də hərbi rəsmilərin ölkələrin dəniz sərhədləri yaxınlığında təsadüfi qarşıdurmaları önləmək üçün döyüş gəmiləri arasında hərbi rabitəni bərpa etmə qərarı aldıqları qeyd olunub.

Daha sonra Cənubi Koreyanın Yeonpyonq yaxınlığındakı patrul gəmisi beynəlxalq radioəlaqə ilə KXDR-in patrul gəmisinə zəng edib və qarşı tərəf buna cavab verib.

Qeyd edək ki, iki ölkənin döyüş gəmiləri arasında hərbi dəniz rabitəsi 2008-ci ildə gərginliyin yüksəlməsindən dolayı dayandırılmışdı.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Hərbi-rabitə  


Bizi "telegram"da izləyin