Ukrayna ABŞ-dan patrul gəmiləri alacaq

2018/07/3456_1530510220.jpeg
Oxunub: 1734     13:25     02 İyul 2018    
ABŞ-ın bu ilin sonuna qədər Ukrayna Donanmasına gəmilər təhvil verməsi gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ukrayna Müdafiə Naziri general Stepan Poltorak bildirib.

O qeyd edib ki, tərəfər arasında razılıq daha öncə əldə edilsə də gəminin təhvil veriləcəyi vaxt ötən gün müəyyənləşdirilib.

Əldə edilən razılığa əsasən, ABŞ bu ilin sonuna kimi Ukrayna Donanmasına 2 ədəd “İsland” sinif patrul gəmisi verəcək.

Poltorak bildirib ki, 34 metr uzunluğunda olan gəmilər sahil təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın Atlantik Okean Donanmasının tərkibində olan bu gəmilər üçün Ukrayna qarşı tərəfə ödəniş etməyəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Gəmi   Əməkdaşlıq  


Bizi "telegram"da izləyin