Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumətə yaxın mənbələrin hesabatında qeyd olunub.
Məlumata görə, onların çoxu İŞİD-lə baş verən qarşıdurmalarda həlak olub. Ölən əsgərlərin onu ordu zabiti, onlardan ikisi isə general-mayordur.
2011-ci ildən böhranlı vəziyyətdə olan Suriyada hökumət qüvvələri ilə terrorçular və qiyamçılar arasında baş verən döyüşlərdə bu vaxta qədər 125 mindən çox əsgər həlak olub.
Ağalar Ağalarlı
Ordu.az