Liberman və Şoyqu Suriyanın cənubundakı vəziyyəti müzakirə ediblər

2018/07/54584582140251458_1530508464.jpg
Oxunub: 4318     13:04     02 İyul 2018    
İsrail Müdafiə naziri Aviqdor Liberman və Rusiya Müdafiə naziri Sergey Şoyqu telefon vasitəsilə danışıqlar həyata keçirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər Suriyanın cənubundakı cari vəziyyəti müzakirə ediblər. Danışıq zamanı Liberman İran ordusunun və onun müttəfiqlərinin Suriyada fəaliyyətinin qəbuledilməz olduğunu vurğulayıb və buna qarşı zəruri addımların atılacağını bildirib.

Qeyd edək ki, bölgədə, xüsusilə Suriyanın İordaniya və İsraillə sərhədində Suriya hökumət qüvvələri ilə terrorçular arasında qarşıdurmalar davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin