İsrail ordusu suriyalı qaçqınlara humanitar yardım paylayıb

2018/06/56484581402514584_1530355811.jpg
Oxunub: 3425     19:17     30 İyun 2018    
İsrail Müdafiə Qüvvələri Colan təpələri yaxınlığında yerləşən şəhərlərdəki suriyalı qaçqınlara humanitar yardım çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yardımda 300 çadır, 28 ton ərzaq, 3 palet tibbi ləvazimat və 30 ton ağırlığında geyim dəsti olub.

İMQ Suriyanın cənubunda baş verən hadisələri yaxından araşdırdığı və müşahidə etdiyini, eyni zamanda bundan sonra da yardımlara davam edəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin