Pakistan və Hindistan ortaq hərbi təlimlərdə iştirak edəcək

2018/06/_5f585cae-1076-11e7-be49-55692bf38950_1530348568.jpg
Oxunub: 3956     16:46     30 İyun 2018    
Avqust ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimləri baş tutacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər Rusiyanın Çelyabinsk bölgəsində keçiriləcək.

Məsələ ilə bağlı açıqlama verən təlimlərin təşkilatçılığını həyata keçirəcək olan Çin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qiyan bildirib ki, təlimlərə Pakistan və Hindistanın ortaq təlimləri kimi baxmaq düzgün olmazdı.

“Təlimlərdə 8 üzv dövlətdən hərbi qüvvələr iştirak edəcək. Hindistan və Pakistan da qurumun bir üzvü kimi dostluq və əməkdaşlıq nümayiş etdirmək üçün təlimlərdə iştirak edəcəklər”, - deyə Vu Qiyan bildirib.

Qeyd edək ki, avqust ayında keçiriləcək olan təlimlər 1 həftə davam edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan   Təlim  


Bizi "telegram"da izləyin