Türkiyədə terrorçuluqda şübhəli bilinən 29 nəfər saxlanılıb

2018/06/thumbs_b_c_352c5df2bb1b147a12b3819dfc47c94d_1530346319.jpg
Oxunub: 4064     16:10     30 İyun 2018    
Bu gün Türkiyənin müxtəlif bölgələrində geniş miqyaslı anti-terror əməliyyatları həyata keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin Ankara, Kırıkkale və Diyarbəkir bölgələrində eyni anda həyata keçirilib.

Məsələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, əməliyyatlar nəticəsində aralarında 13 hərbçinin də olduğu ümumilikdə 29 nəfər nəzarət altına alınıb.

Qeyd edək ki, saxlanılanların FETÖ terror qruplaşmasının üzvü olduğu ehtimal olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror   FETO  


Bizi "telegram"da izləyin