“G5 Sahel”in qərargahına hücum edilib: 6 ölü

2018/06/5484102125414_1530345313.jpg
Oxunub: 3802     15:57     30 İyun 2018    
Afrika Hərbi Qüvvələrinin Malinin Sevare şəhərində yerləşən qərargahına edilən kamikadze hücumu nəticəsində azı 6 nəfər həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mali Müdafiə Nazirliyinin mətbuat katibi məlumat yayıb.

Məlumata görə, “G5 Sahel” kimi tanın Afrika hərbi tapşırıq qüvvəsinin qərargahı yaxınlığında partlayıcı yüklü maşın partladılıb. Hadisə nəticəsində azı 6 nəfər həlak olub.

Qeyd edək ki, G5 Mali, Niger, Burkina Faso, Çad və Mavritaniyadan olan əsgərləri birləşdirən tapşırıq gücüdür. Bu, qüvvə Mərkəzi və Qərbi Afrikada terrorla mübarizəni həyata keçirmək üçün ötən il formalaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G5-Sahel   Afrika   Terror  


Bizi "telegram"da izləyin