Tramp NATO sammiti öncəsi Aİ liderlərinə xəbərdarlıq məktubu göndərib

2018/06/564847584584_1530343468.jpg
Oxunub: 1846     15:31     30 İyun 2018    
Vaşinqton NATO müttəfiqlərinin öz xərclərini yüksəltməsini və beləliklə ABŞ-ın üzərində olan yükü azaltmağa çalışır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Donald Tramp NATO sammiti öncəsi Avropa İttifaqının liderlərinə göndərdiyi məktubda bu tələbini yenidən təkrarlayıb.

“Almaniya daha çox xərcləməlidir. İspaniya, Fransa da həmçinin. Onların Birləşmiş Ştatlara etdiyi ədalətli deyil”, - deyə Tramp bildirib.

Almaniya öz növbəsində NATO-nun müdafiə xərci tələbini yerinə yetirmə yolunda olduğunu müdafiə edir. Eyni zamanda Belçika Baş naziri Çarles Mişel də ölkəsinin sistemli şəkildə müdafiə xərclərini azaltma prosesinin dayandırıldığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Tramp    


Bizi "telegram"da izləyin