Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş bildirib.
O qeyd edib ki, Suriyanın cənub-qərb bölgələri hazırda dünyanın ən qaynar nöqtəsi olaraq qalmaqdadır.
“Bölgədə Rusiya, Suriya, İordaniya, müxalif qüvvələr və terrorçular olmaqla çoxtərəfli müharibə aparılır. Müharibə nəticəsində qadağan olunmuş silahlardan istifadə olunur və eyni zamanda sivil əhali də müharibə nəticəsində ciddi təhdidlərlə üz-üzədir”, - deyə katib bildirib.
O həmçinin əlavə edib ki, tərəflər BMT ümumi məclisinin qərarlarına riayyət etməli və dərhal atəşkəs qəbul edilməlidir.
Dəyanət Ağalarlı
Ordu.az