Donbasda 4 ukraynalı hərbi həlak olub

2018/06/548412514_1530342941.jpg
Oxunub: 4352     15:17     30 İyun 2018    
Son 24 saat ərzində Ukraynanın şərqində fəaliyyət göstərən separatçı qüvvələr atəşkəsi 28 dəfə pozublar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatı məlumat yayıb.

Məlumata görə, son günlər ərzində cəbhə xəttində gərginlik əhəmiyyətli səviyyədə yüksəlib. Separatçı qüvvələr Minsk sazişi ilə qadağan olunmuş silahlardan istifadə edərək hökumət qüvvələrinə hücumlar ediblər.

Son 24 saat ərzində baş verən hücumlarda Ukrayna ordusundan daha dörd əsgər həlak olub, ikisi isə yaralanıb. Qarşı tərəfin itkiləri barədə məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna   Separatçılar  


Bizi "telegram"da izləyin