“İran varlığımıza ən böyük təhdiddir” – Netanyahu

2018/06/548947847141_1530249649.jpg
Oxunub: 3577     13:20     29 İyun 2018    
“İran bizim varlığımıza qarşı ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib.

Baş nazir İranın Suriyanı ölkəsinə qarşı ölümcül bir bazaya çevirməsinə və nüvə silahı təkmilləşdirməsinə izn verməyəcəklərini bəyan edib.

İsrail HHQ-nin akademiyasında məzuniyyət gününə qatılan Netanyahu İsrail HHQ-nin İsrailə qarşı təhdidləri məhv etmə məsələsində önəmli rol oynadığına diqqət çəkib. O, açıq şəkildə İranın nüvə silahı təkmilləşdirməsinə izn verilməyəcəyini bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Suriya  


Bizi "telegram"da izləyin