“NATO da NAFTA kimi zərərli təşkilatdır” - Tramp

2018/06/456456_1530191292.jpg
Oxunub: 2165     21:07     28 İyun 2018    
ABŞ Prezidenti NATO-nu Şimali Amerika Azad Ticarət Zonası Birliyi ilə müqayisə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Donald Tramp bu sözlərini G7 üzvlərinin liderlərinə ünvanlayıb.

O qeyd edib ki, qarşıdan gələn NATO sammiti çox maraqlı keçəcək. Ola bilsin NATO-nun yenidən əhəmiyyətinin artırılması üçün ciddi qərarlar qəbul edildi.

“NATO da eynilə NAFTA kimi heç bir iqtisadi, siyasi, hərbi əhəmiyyəti olmayan, üzvlər üçün zərərli bir birlikdir. ABŞ üçün NATO-ya üzvlük maliyyə israfından başqa bir şey deyil. Biz NATO-nun əhəmiyyətinin artırılması üçün önəmli təkliflərlə çıxış edəəyik”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   NAFTA  


Bizi "telegram"da izləyin