Ordu.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ötən gün NATO-dan açıqlama verilib.
Bəyanatda qeyd olunub ki, bu anlaşılmazlıq tərəflərin NATO daxilində əməkdaşlığına və ümumi olaraq alyansın fəaliyyətinə mənfi təsir edə bilər.
Həmçinin qeyd olunub ki, Türkiyənin NATO üzvü olaraq Rusiyadan S-400 radar sistemləri alması da alyans tərəfindən narahatlıqla qarşılanır.
Qeyd edək ki, daha öncə ABŞ Xarici İşlər nazirinin köməkçisi Ves Mitçel Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığına cavab olaraq ölkəsinin Ankaraya sanksiyalar tətbiq edə biləcəyini qeyd etmişdi.
Dəyanət Ağalarlı
Ordu.az