Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir ABŞ ordusunun buradan çıxarılması ilə bağlı dəqiq planların olmadığını bildirib.
O qeyd edib ki, hazırda ABŞ və Türkiyə arasında Münbiclə bağlı danışıqlar davam edir.
“Biz ordunun Münbicdən çıxarılması ilə bağlı dəqiq, yaxud təxmini bir zaman müəyyən etməmişik. Bu qərar bölgədəki situasiyadan asılıdır. Münbicdəki vəziyyətə baxıb bunun üçün tam uyğun zamanın olduğuna nə vaxt qərar versək onda da siyasi və hərbi olaraq adekvat addımlar atacağıq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, 3 həftə əvvəl ABŞ və Türkiyə arasında Münbicin daxilinə və ətraf ərazilərinə ortaq nəzarət bağlı razılıq əldə olunmuşdu.
Dəyanət Ağalarlı
Ordu.az